AZERBAYCAN TARİXİ

Rusiyanın Xəzər yanı bölgələrə yürüşü

Rusiyanın Xəzəryanı bögələrə hərbi yürüşü. Təbii zənginliyi, xammal ehtiyatı, həmçinin əlverişli strateji-coğrafi mövqeyi ilə fərqlənən Azərbaycan həmişə olduğu kimi bu dövrdə də qonşu dövlətlərin diqqətini özünə cəlb edir. XVII əsrin əvvəlinə kimi hərbi-siyasi təcavüz üçün kifayət qədər gücü olmayan Rusiya Azərbaycana qarşı yalnız iqtisadi siyasət həyata keçirir. Lakin bu siyasətin az əhəmiyət kəsb etdiyini başa düşən I Poytr təcavüz yolu ilə Xəzəyranı bölgələri ələ keçirməyi qərara alır. Bunanla I Poytr Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirməyi, Şərq ölkələri ilə Xəzər-Volqa su yolu vasitəsi ilə ticarət etməyi, Şərqlə Qərbarası ticarətdə Rusiyanın vasitəçiliyinə nail olmağı planlaşdırır. I Poytr öz yaxın adamı A.L.Volınskiyə Qafqazda müharibəyə hazırlaş¬maq barədə xüsusi və gizli göstəriş verir. Volınskinin öhdəsinə buradakı xristianlarla əlaqə yaratmaq və rus ticarətinin inkişafı perspektivini öyrənmək qoyulur. Göründüyü kimi, yürüşün əsas məqsədi Xəzər dənizinin qərb sahili bölgələrini işğal etmək, imkan daxilində Cənbi Qafqazda möhkəmlənmək olur. Bundan ötrü təkcə dənizin dar sahilboyunu tutmaq yox, Cənubi Qafqazın içərilərinə doğru irəliləmək lazım gəlir. Ona görə də 1722-1723-cü illər kampaniyasında hətta Təbrizə və Azərbaycanın digər bölgələrinə də yürüş nəzərdə tutulur. XVIII əsrin əvvəllərində Şərqə doğru istiqamət alan Rusiyanın Cənubi Qafqazı və Xəzəryanı bölgələri işğal etmək siyasəti Osmanlı imperartorluğunun siyasəti ilə toqquşur. Rusiyanın Şərq siyasətində xüsusi yer tutan Xəzəryanı bölgələrin işğalı məsələsi yürüşün gedişində Osmanlı dövlətinin cidd müqavimətinə səbəb olur. Buna görə də I Potr bu məsələnin həllini gələcəyə saxlamağı qərara alır. Şirvan üsyanı Rusiyanın bölgədə yenidən fəallaşmasına və planlarının gerçəkləşdirilməsinə imkan yaradır. Üsyan zamanı rus tacirlərinin ziyan çəkməsini və bəzilərinin öldürülməsini bəhanə edən Rusiya Xəzəryanı bölgələri ələ keçirmək planını reallaşdırır. I Poytr yürüşün əsas mahiyyətini rus tacirlərinin intiqamını almaqla pərdələyərək Hacı Davudun və Surxay xanın həm Səfəvi şahının, həm də özünün düşməni oduğunu elan edir. Bu isə bilavasitə Şirvan üsyançılarına qarşı yürüş demək idi. Bunu nəzərə alan Hacı Davud kömək üçün o zaman Rusiya ilə rəqabət aparan Osmanlı sultanı II Əhmədə (1703-1730) müraciət edir. Cənubi Qafqaza rusların təcavüzünə mane olmaq istəyən sultan Hacı Davudun təklifini tərəddüdsüz qəbul edir. Bu müraciət Osmanlıların Azərbaycanın daxili işlərinə qarışmasına imkan yaratmış olur. Sonralar sultan sarayına gedən Hacı Davud özünün Şirvan hakimi təyin olunmasına nail olur. XVIII əsrin birinci rübündə Rusiyanın inkişaf edən iqtisadiyyatının Azərbaycan xammalına böyük ehtiyacı yaranır. Lakin Xəzəryanı bölgələrə yürüşün sürətlənməsinin səbəbi təkcə bu olmur. Hacı Davudun Osmanlı dövlətinə müraciəti də Rusiyanı narahat edir. Ona görə də Rusiya Osmanlıların Cənubi Qafqazda, xüsusən Xəzəryanı böölgələrdə möhkəmlənmək cəhdlərinin qarşısını hər vasitə ilə almağa çalışır. Nəhayət I Poytr 1722-ci il iyunun 18-də Həştərxandan yürüşə başlayır. Rus qoşunu iki istiqamətdə –quru və dəniz yolu ilə hərəkət edir. Dərbənd istiqamətində hərəkət edən ruslar 6 kəndi yandırır, bununla yerli əhalini qorxutmağa çalışırlar. Azərbaycan ərazisinə daxil olan rus qoşunu elə də ciddi müqavimətə rast gəlmir. Ayrı-ayrı şəhərlərdə olan hərbi qüvvələr müqavimət göstərməyə cəhd etsələr də, bəzi Səfəvi sərkərdələri qüvvələrin bərabər olmadığını başa düşərək müqavimət göstərməkdən imtina edirlər. I Pyotr dini amildən də məharətlə istifadə edir. O, Cənubi Qafqazın xristian əhalisinə elan edir ki, bu yürüşdə məqsəd onları müsəlmanların zülmündən xilas etməkdir. 1722-ci il iyunun 15-də Azərbaycan dilində «Bəyannamə» nəşr etdirən I Pyotr Xəzəryanı bölgələrdə yaşayan şiə təriqətli əhalini inandırmağa çalışır ki, o, Səfəvi şahının dostudur, yürüşdə məqsədi bu yerlərdə əmin-amanlıq yaratmaqdan və rus tacirlərini qarət edən qiyamçıları cəzalandırmaqdan ibarətdir. Onun bu əraziləri işğal etmək niyyəti yoxdur. I Pyotr riyakarcasına bildirir ki, üsyan edən feodalların müqavimətini qıracaq, Osmanlıların bu əraziləri işğal etməsinin qarşısını almaqla burada Səfəvilərin hakimiyyətini bərpa edəcəkdir. I Poytrun bu hiyləsi öz bəhrəsini verir. Onun əsil niyyətini başa düşməyən yerli əhalinin bir hissəsi Rusiyaya meyillənir. Bu işdə imperatorun Cənubi Qafqazdakı elçiləri də kifayət qədər rol oynayırlar. 1722 –ci il avqustun15-də rus eskadrası, 23-də isə piyada qoşun Dərbəndə çatır. Şəhərin naibi İmamqulu bəy qalanın açarlarını I Pyotra təqdim edir. Lakin Azərbaycanın nüfuzulu feodalları rus ordusuna müqavimət göstərməyi qərara alırlar. Bakı hakimi Məhəmməd Hüseyn bəy və onun həmfikirləri öz güclərinə, həmçinin Hacı Davudun köməyinə arxalanaraq şəhəri qorumaq və rus qoşunlarını Bakı qalasına buraxmamaq qərarına gəlirlər. Buna görə də Məhəmməd Hüseyn bəy I Poytrun məktubunu gətirən şəxsi qəbul etmir. Belə bir vaxtda Avropada İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə təhlükəsi yaranır. Digər tərəfdən rus ordusunun Xəzəryanı bölgələrə təcavüzü Osmanlı dövlətində kəskin etiraza səbəb olur. Hacı Davud dağlarda qoşun toplayaraq rusların hücumunun qarşısını almağa hazırlaşır. Bu cəhətləri nəzərə alan və geri qayıtmağa tələsən I Potr bu işi general-mayor M.Matyuşkinə tapşıraraq Sankt-Peterburqa qayıdır. Osmanlı ordusunun qarşısına qoyulan əsas vəzifə isə rusların Səfəvi dövlətinin qərbini və Cənubi Qafqazın şərqini ələ keçirməsinə mane olmaq, ilk növbədə isə onların Bakını tutmasının qarşısını almaq olur. Sankt-Peterburqa qayıdan I Pyotr burada Osmanlı ordusunun irəliləməsi xəbərini eşidir. Onun göstərişi ilə 1722-ci ilin dekabrında Rəşt şəhəri zəbt edilir. Rus eskadrası 1723-cüu il iyulun 6-da Bakı körfəzinə daxil olur. Məhəmməd Hüseyn bəy rus komandanlığının təslim olmaq təklifini rədd edərək müqavimət göstərir. Rus qoşunu rədd cavabı alan kimi şəhəri top atəşinə tutur və 1723-cü il iyulun 23-də Bakı zəbt edilir. M.Matyuşkin Bakı hakimi Məhəmməd Hüseyn bəyin guya Hacı Davudla əlaqədə olduğunu bəhanə gətirərək onun həbs olunması haqqında əmr verir. Məhəmməd Hüseyn bəy həbs olunaraq əvvəlcə Həştərxana, sonra isə Roqaçevskə sürgün edilir və orada da vəfat edir. Knyaz İ.Baryatinski Bakının komendantı təyin edilir. I Pyotr Bakının alınmasına hədsiz dərəcədə sevinir və onun göstərişi ilə bu hadisə Sankt-Peterburqda yaylım atəşi ilə qeyd olunur. Bakı tutulduqdan sonra rus qoşunu Salyanı da asanlıqla işğal edir. 1723-cü il sentyabırn 12-də II Təhmasibin Sankt-Peterburqa göndərdiyi elçisi İsmayıl bəy şahdan icazə almadan Rusiya ilə müqavilə imzalayır. Müqaviləyə əsasən Xəzəryanı bölgələr –Dərbənddən Gilana qədər olan torpaqlar Rusiyaya verilir. Rusiya bunun əvəzində əfqanlarla müharibədə hərbi yardım edəcəyini öhdəsinə götürür. Lakin şah bu müqaviləni təsdiq etmir. Beləliklə də, 1722-1723-cü illərdə Xəzəryanı bölgələrin Rusiya tərəfindən işğalının birinci mərhələsi başa çatır.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol