AZERBAYCAN TARİXİ

Nadir şaha qarşı üsyanlar

Azərbaycanın Şimalında Əfşarlar dövlətinə qarşı üsyanlar. Əfşarlar dövlətinə qarşı ilk dəfə 1734-cü ildə ayağa qalxan Astaranın ac-yalavac kəndliləri olur. Bir qədər sonra Şəkinin Biləcik kəndinin əhalisi də üsyan edir. Üsyançılar Cənik və Tala kəndlərinin əhalisini köməyə çağıraraq hökumət məmurlarına və keşikçi dəstələrinə qarşı hücuma keçirilər. Üsyanı yatırmaq üçün Nadir şah 1735-ci ilin fevralında oraya böyük bir qoşun dəstəsi göndərir. O, Car və Tala sakinlərindən 160 nəfəri girov götürdükdən sonra, onlar tərəfindən müqavimət olmayacağını dəqiqləşdirir. Sonra Şəki və Ərəş istiqamətində cənuba doğru hərəkət edərək Şamaxıya çatır. Dərbəndə qədər olan ərazilər hakimiyyət əleyhinə olan qüvvələrdən təmizlənir. Yerli əhalinin tabe olması ilə kifayətlənən Nadir şah 1737-ci idə böyük ordu ilə Hindistan və Mərkəzi Asiyaya yürüş edir. Onun ölkədə olmamasından istifadə edən şimal-qərb bölgəsinin əhalisi 1738-ci ildə silaha əl atır. Ən böyük üsyan Carda baş verir. Üsyanı yatırmaq üçün Nadir şahın qardaşı, Azərbaycanın hakimi İbrahim xan böyük ordu ilə oraya gedir. Şəki yaxınlığındakı Cənik dərəsində döyüş baş verir. Nadir şahın ordusu darmadağın edilir və İbrahim xan öldürülür. Üsyançılar o qədər qüvvətlənir ki, hətta 30-cu illərin sonunda bütün karvan yollarını ələ keçirirlər. Sərdar Əmiraslan xanın başçılığı ilə Cara göndərilmiş qüvvələr də məğlub edilir. Üsyanı yatırmaq cəhdi nəticəsiz qalır. Yalnız 1739-cu ilin yayında Şəfi xanın başçılığı ilə Şirvana göndərilən qoşun üsyanı qismən yatırır. Bir sözlə, bu dövrdə Azərbaycanın şimal-şərq bölgələrində Əfşarlara qarşı çıxışlar özünün ən yüksək zirvəsinə çatır. Lakin qüvvələrin qeyri-bərabərliyi üsyançıların son anda məğlubiyyəti və ağır şəkildə cəzalandırılması ilə nəticələnir. XVIII əsrin 40-cı illərində mərkəzi hakimiyyətə qarşı üsyanlar o qədər qüvvətlənir ki, hətta üsyançılara qarşı yürüşüə 1741-ci ilin yayında Nadir şahın özü başçılıq etməyə məcbur olur. Amma Nadir şahın şimal-şərq bölgəsində və Car vilayətində əhalinin müqavi¬mətini tez bir zamanda qırmaq cəhdi baş tutmur. Nadir şaha qarşı çıxışların içərisində özünə¬məxsus rol Şirvandakı üsyanlara və hərəkatlara məx¬susdur. Çünki bu hərəkatların baş verməsinə təkcə xalqın narazılığı yox, həm də bir sıra xarici dövlətlərin planları da kifayət qədər təsir edir. 1743-cü ildə Şirvanda baş verən yeni hərəkatın əsil mahiyyəti aydın olur. Xarici dövlətlərin planları əsasında özlərini yalandan Səfəvi şahzadələri adlandıran I və II Sam Mirzələr meydana çıxaraq hakimiyyətə iddialarını ortaya qoyurlar. Əfşar sülaləsinin hökmranlığından narazı olan sadə xalq Səfəvi xanədanını üstün tutaraq yalançı «şahzadələr»i müdafiə edir. Onların hakimiyyətə gələcəyi təqdirdə vəziyyətinin yaxşılaşacağına inanmağa başlayır. Az keçmir ki, bəzi kiçik feodallar da «şahzadələr»ə qoşulurlar. Bu işdə onlara Surxay xanın başçılıq etdiyi Dağıstan feodalları da yardım edirlər. Hərəkat əvvəlcə müvəffəqiyyət qazansa da, Nadirin sərkərdəlik fəaliyyəti öz işini görür, üsyançı qüvvələr məğlubiyyətə uğradılır. Bu hərəkat əslində təkcə Nadir şahın hakimiyyətinə və idarə üsuluna yönəlməmiş, eyni zamanda antifeodal səciyyə daşımışdır. Odur ki, Şirvan üsyanı yatırlısa da, ümumən Azərbaycanda xalq hərəkatı sarsılmır. Həmin dövrdə mərkəzi hakimiyyətə qarşı daha bir mübarizə ocağı közərdiyindən Nadir şah Osmanlı dövləti ilə müqavilə bağlayaraq Ahalsıxa, oradan da Ahalkələyə gedir. Burada ərzaq ehtiyatı topladıqdan sonra 1744-cü il noyabr ayının əvvəllərində Bərdəyə gəlir və qışı orada keçirməyə qərar verir
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol